Cənubi Amerikada Libertadores Kubokunun qrup mərhələsinə start verilib.
“Qafqazinfo” xəbər verir ki, “Qarabağ”ın sabiq futbolçusu Juninyonun çıxış etdiyi Braziliyanın “Flamenqo” klubu səfərdə Venesuela təmsilçisi “Deportivo Taçira” ilə üz-üzə gəlib.
Braziliyalılar bu görüşdə 1:0 hesablı qələbə qazanıb. Yeganə qolu 57-ci dəqiqədə məhz Juninyo vurub.
Juninyo həm də matçın ən yaxşı oyunçusu seçilib və xüsusi mükafata layiq görülüb.
