Yunanıstanın ev sahilii altında Ege dənizində keçirilən və şərti adı “İniochos” hava hücumu təlimində diqqətçəkən fakt üzı çıxıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qardaş Türkiyənin "yox" dediyi təlimə dost adı verilən ölkələrdən biri də qatılıb.
Xəbərdə deyilir ki, martın 31-dən aprelin 11-dək Yunanıstanın Andravida Hərbi Hava Bazasında keçirilən "İniochos 2025" adlı çoxmillətli təlimə İsrail, Qətər, Yunan Kipr, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn də daxil olmaqla 11 ölkə qatılıb: "İsrailin G550 Nachshon erkən xəbərdarlıq təyyarələri, Qətərin F-15QA qırıcıları, BƏƏ-nin Mirage 2000-9 və Bəhreynin F-16-ları eyni səmada şərti düşmənə qarşı hücumda olublar".
Bəzi iddialara görə, bu təlim Rusiya və Türkiyəyə qarşı hesablanıb. Baxmayaraq ki, təlimi məqsədinin Şərqi Aralıq dənizində sabitliyin təmin edilməsi və Hindistandan Avropaya uzanan ticarət yollarının təhlükəsizliyinin təmin edilməsi olduğu açıqlanıb: "Bəs elə isə Türkiyə bu məqsədlə yaradılan cəbhəyə niyə daxil edilməyib?".
Samir Musayev
MİA.AZ