AZ

HƏMAS-ın daha bir komandiri öldürülüb - VİDEO

Livanın "Al Mayadeen" telekanalınınxəbərinəgörə, aviazərbə şəhərdəki yaşayış binasına tuşlanıb. Terrorçu Həsən Fərhatla birgə ailəsindən iki nəfər də həyatını itirib.

İsrail Ordusu faktla bağlı hələlik hər hansı şərh verməyib. Digər tərəfdən, İsrail Silahlı Qüvvələri Qəzza zolağının şimalında qurudan əməliyyatları genişləndirdiyini bildirib.
HƏMAS-ın daha bir neçə komandiri öldürülüb

Xatırladaq ki, aprelin 2-də İsrailin müdafiə naziri İsrael Kats orduya Qəzza zolağında hərbi əməliyyatları genişləndirməklə əlaqədar göstəriş verib. Əməliyyatın məqsədi ərazinin HƏMAS terrorçularından və terror infrastrukturundan təmizlənməsidir.

Zolağın cənubundakı Rəfəh şəhəri və ətrafında aparıan əməliyyat başlamazdan qabaq mülki sakinlərə ərazini boşaltmaq əmri verilib.

Firudin Həmidli
AzVision.az
Seçilən
31
azvision.az

1Mənbələr