AZ

Melaniya Trampın görünüşü müzakirə yaratdı

ABŞ-ın birinci xanımı Melaniya Tramp görünüşü ilə müzakirələrə səbəb olub.

OLAY yazır ki, Melaniya “Beynəlxalq Cəsarətli Qadın Mükafatları”nın təqdimetmə mərasimində iştirak edib və burada izdiham qarşısında qısa nitq söyləyib, lakin ictimaiyyətin diqqəti 54 yaşlı Melaniyanın dediklərinə deyil, onun xarici görünüşünə yönəlib.

Trampın xanımı ictimaiyyət qarşısına 110 min dollarlıq bəbir printli dana dərisi libasında çıxıb.

Sosial şəbəkə əhli Melaniyanı tipik “MAGA” qızı adlandıraraq tənqid edib. 

Çoxları Trampın həyat yoldaşının sosial mediada meme çevrilən “MAGA” üslubunu nümayiş etdirdiyini hiss edib (“Amerikanı yenidən möhtəşəm edin” -Trampın seçki kampaniyası zamanı istifadə etdiyi şüar).

Geyimə gəldikdə, “MAGA” üslubu çılğın printlərdə, üslubların seksuallığını vurğulayan və qəsdən parlaq və bahalı hər şeydə özünü göstərir - bu üslub köhnə pul və “sakit lüks” üslubların əksinədir.

“MAGA” üslubu Respublikaçılar Partiyası ilə əlaqələndirilir və Donald Trampın seçilməsi ilə ABŞ-da populyarlıqda yeni artım müşahidə olunur.

Seçilən
137
olay.az

1Mənbələr