İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) 2024-cü il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.
“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 26 manatdır.
İddiaçılar təkliflərini aprelin 18-nə qədər AZPROMO-nun yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 44 ünvanına təqdim edə bilərlər.
Təkliflərə aprelin 18-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.
Ötən il bu sorğunun qalibi "Azəruçot" MMC olub. Şirkətə 5 min manat ödənilib.