Pentaqonun Baş Müfəttişlik Ofisi müdafiə naziri Pit Heqsetin martın 15-də ABŞ-ın Yəməndəki husilərə qarşı zərbələrini koordinasiya etmək üçün “Signal” mesajlaşma proqramından istifadə etməsi ilə bağlı araşdırmaya başlayıb.
Editor.az bildirir ki, bu barədə “Reuters” xəbər yayıb. “Bu baxışın məqsədi Müdafiə Nazirliyinin və Müdafiə Nazirliyinin digər əməkdaşlarının kommersiya mesajlaşma proqramından rəsmi məqsədlər üçün istifadə ilə bağlı Müdafiə Nazirliyinin siyasət və prosedurlarına nə dərəcədə əməl etdiyini müəyyən etməkdir”- Baş müfəttiş vəzifəsini icra edən Stiven Stebbins deyib.
//Samir Qurbanov, Editor.az