AZ

"Rusiya Ukraynada 4 mindən çox tank itirib" - ABŞ generalı

ABŞ-ın məlumatına görə, Rusiya Ukraynaya qarşı müharibə zamanı 4000-dən çox tank itirib.

Herbiand.az xəbər verir ki, bunu ABŞ-ın Avropadakı Müttəfiq Qüvvələrinin Ali Komandanı, general Kristofer Kavoli Vaşinqtonda ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin dinləmələrində bildirib.

Onun sözlərinə görə, bu demək olar ki, bütün ABŞ tank kontingentinə bərabərdir. "Bu, şübhəsiz ki, onların döyüş qabiliyyətinə sürətli və zərərli təsir göstərəcək", deyə general vurğulayıb.

Seçilən
126
herbiand.az

1Mənbələr