AZ

Castin Biber psixoloji çöküş yaşayır – həyat yoldaşı dua istədi

Məşhur kanadalı müğənni Castin Biber psixoloji sarsıntı keçirir.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, son günlər qeyri-adi davranışları və bitkin görüntüsü ilə diqqət çəkən Biberin narkotik istifadəsinə eyham vurması narahatlıqları artırıb.

Yaxın çevrəsi onun yemək yemədiyini, yatmadığını və manik davranışlar sərgilədiyini bildirir.

Həyat yoldaşı Heyli Baldvin isə ətrafındakılardan onun üçün dua etmələrini istəyib.

Məlumatlara görə, Biber öz durumunun fərqində deyil və köməyə ehtiyacı olduğunu qəbul etmir.

Seçilən
112
far.az

1Mənbələr