“Flamenqo” Cənubi Amerikanın ən nüfuzlu klub turniri olan Libertadores kubokunda ilk oyununu keçirib.
Msport.az xəbər verir ki, Braziliya təmsilçisi Venesuelada “Deportivo Taçira”nın qonağı olub. Görüş “Flamenqo”nun 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Yeganə qolu “Qarabağ”ın sabiq hücumçusu Juninyo vurub. 56-cı dəqiqədə meydana daxil olan 28 yaşlı forvard cəmi 1 dəqiqə sonra fərqlənib. O, topu sinəsi ilə rəqib qapısından keçirib.
Qeyd edək ki, Juninyo “Flamenqo”ya bu qış 5 milyon avro təzminat qarşılığında keçib.