AZ

Avropa parlamenti sirkə, Bellami təlxəyə çevrilir

Avropa Parlamenti təcili prosedura əsasında Azərbaycantərəfindən guya “erməni əsirlərə” qarşı rəftarı kəskin şəkildəpisləyən qətnamə qəbul edib. Sənəd 523 deputatın lehinə, yalnız 3deputatın əleyhinə, 84 nəfərin isə bitərəf qalması ilə qəbulolunub. Qətnamədə erməni əsirlərin guya "işgəncəyə və qəddarrəftara məruz qalması ilə bağlı yayılan məlumatlarla bağlı dərinnarahatlıq” ifadə olunur. Avropa parlamentariləri "saxlanılan bütünşəxslərin dərhal və qeyd-şərtsiz azad olunmasını, həmçininbeynəlxalq humanitar hüququn mümkün pozuntularının müstəqil şəkildəaraşdırılmasını" tələb edirlər.

Müzakirələr zamanı fransız deputat Fransua-Ksavye Bellami çıxışedərək Avropa İttifaqını ikili standartlara görə sərt şəkildətənqid edib:

“Bu gün 23 erməni əsiri sovet repressiyalarını xatırladannümayişkaranə məhkəmə qarşısına çıxarılır. Avropa nə edir? Susur.Biz bu barədə dəfələrlə danışmışıq. Avropa Komissiyasının ifadəsiilə desək, guya "etibarlı tərəfdaş" olan Azərbaycanla xüsusi qazmüqaviləsi əsasında idxal davam etdirilir. Bu, necə əsaslandırılabilər?”

Bellami, həmçinin, insan hüquqlarının pozulması ilə bağlı ağırittihamlar fonunda Azərbaycan qazının Avropaya ixracının davametdirilməsini riyakarlıq kimi dəyərləndirib.

Avropa Parlamentinin guya “erməni əsirlərlə” bağlı qətnaməsitəkcə riyakarlıq və qərəz deyil. Bu, həm də beynəlxalq hüquqa açıqhörmətsizlik və Azərbaycanın suveren işlərinə kobud müdaxilədir.Belə qətnamə saxtalaşdırılmış narrativlərə, hüquqi anlayışlarıntəhrifinə və beynəlxalq hüquqi reallıqların siyasi məqsədlərləmanipulyasiyasına əsaslanır.

Əvvəla, qəbul edilmiş qətnamədə istifadə olunan “erməni əsirlər”ifadəsi beynəlxalq hüquq baxımından tamamilə yanlışdır vəictimaiyyəti çaşdırmaq məqsədi daşıyır. Söhbət heç də CenevrəKonvensiyaları ilə qorunan hərbi əsirlərdən deyil, Azərbaycanınhüquq-mühafizə orqanları tərəfindən konkret cinayət maddələri üzrəməsuliyyətə cəlb olunan şəxslərdən gedir.

Bu şəxslər İkinci Qarabağ müharibəsinin bitməsindən və 10 noyabr2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından sonraAzərbaycanın ərazisində saxlanılıblar. Qətnamədə əksini tapaniddiaların əksinə olaraq, onlar hərbi əsir statusuna malikdeyillər. Əksinə, söhbət Azərbaycanın ərazisinə qanunsuz şəkildədaxil olmuş, terror və təxribat aktları törətmək məqsədi daşıyandiversiya qruplarının üzvlərindən gedir. Onların fəaliyyətindəqətl, minalama yolu ilə terror, infrastrukturun məqsədli şəkildəməhv edilməsi, işğal dövründə dinc əhaliyə və Azərbaycanvətəndaşlarına qarşı edilən vəhşiliklər kimi ağır cinayətəməllərinin əlamətləri müşahidə olunur.

Azərbaycan dövləti həmin şəxslərin hüquqlarına tam təminatverərək onları milli və beynəlxalq qanunvericilik çərçivəsindəistintaqa və məhkəməyə cəlb edib. Onlar vəkillə təmin olunub, tibbiyardıma və ədalətli məhkəmə müdafiəsinə malikdirlər. Bu şəxsləri"əsir" adlandırmaq cəhdləri hüquqi fakta əsaslanmır və məsələnisiyasi alətə çevirmək niyyətindən doğur.

Beləliklə, Avropa Parlamentinin bu qətnaməsi birtərəfli, qərəzlivə hüquqi baxımdan yanlışdır. O, obyektivlik və hüququn aliliyiprinsiplərinə ziddir.

Hazırda Azərbaycan ərazisində Cinayət Məcəlləsinə əsasən cinayətməsuliyyətinə cəlb olunmuş 23 Ermənistan vətəndaşı saxlanılır.Onların arasında 14 nəfər, 10 noyabr 2020-ci il tarixli bəyanatdansonra Xocavənd rayonu ərazisində həyata keçirilmiş minalama vədigər təxribat aktlarında iştirakda ittiham olunur. Onlar 2020-ciilin dekabrında Azərbaycan hərbçilərinə qarşı mina hücumları zamanısaxlanılıblar. 9 nəfərsə Birinci Qarabağ müharibəsi zamanı insanlıqəleyhinə cinayətlərdə – dinc əhaliyə qarşı kütləvi qırğınlarda,əsirlərin vəhşicəsinə öldürülməsində, Xocalı, Malıbəyli, Qaradağlı,Başlıbel kimi yaşayış məntəqələrində soyqırımı aktlarında iştirakdaittiham olunur.

Bütün bu şəxslər İnsan Hüquqları və Əsas Azadlıqların MüdafiəsiKonvensiyasına uyğun şəkildə saxlanılır, vəkilə çıxış, tibbi yardımvə məhkəmədə müdafiə hüququ təmin edilir.

Azərbaycan beynəlxalq humanitar hüququn tələblərinə tam əməledir. 1949-cu il tarixli Cenevrə Konvensiyalarının, xüsusilə ÜçüncüKonvensiyanın müddəalarına əsasən, hərbi əməliyyatlar başaçatdıqdan sonra, mülki geyimdə və mütəşəkkil hərbi komandanlıqdankənarda həyata keçirilən terror və diversiya aktları törədənşəxslər hərbi əsir statusuna malik olmurlar. Belələri qeyri-qanunikombatantlar və terrorçulardır.

Bundan əlavə, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunaəsasən, dinc əhaliyə qarşı törədilən cinayətlər – kütləvi qətllər,işgəncə, adam oğurluğu, zorla köçürmə – insanlığa qarşı cinayətlərkimi tanınır və bu cür cinayətlərə görə məsuliyyət daşımaqmüddətsizdir.

Beləliklə, Avropa Parlamentinin qətnaməsi hüquqa deyil, siyasimanipulyasiyaya əsaslanır. Bu sənədin hüquqi qüvvədən çox,antiazərbaycan isteriyasına xidmət etdiyi aydın görünür.Azərbaycanın beynəlxalq hüquq çərçivəsində apardığı qanunimübarizəni təhrif etmək cəhdləri, nə qədər səsli olsa da, həqiqətinüstünə kölgə sala bilməz.

Avropa Parlamentinin Azərbaycana qarşı son qətnaməsininqəbulunda xüsusi fəallıq göstərmiş şəxslərdən biri – fransızdeputat Fransua-Ksavye Bellaminin kimliyi və siyasi mahiyyətiayrıca diqqətə layiqdir. Bu siyasətçi Fransada ultrakonservativkatolik düşərgəsinin tanınmış siması olmaqla yanaşı, AvropaParlamentində uzun müddətdir ki, antiislam, antiimmiqrant və sonillərdə isə açıq şəkildə anti-Azərbaycan mövqeyi ilə çıxışedir.

Bellami Fransanın “Respublikaçılar” partiyasını təmsil edir - busiyasi təşkilat sərt immiqrasiya əleyhdarı vəkatolik-fundamentalist baxışları ilə tanınır. Onun müsəlmanicmalarına qarşı ksenofob açıqlamaları dəfələrlə Avropasəviyyəsində qalmaqallara səbəb olmuş, “Amnesty International”,“Human Rights Watch” kimi nüfuzlu hüquq müdafiə təşkilatlarınınsərt tənqidlərinə tuş gəlmişdir.

Azərbaycan kontekstində isə Fransua-Ksavye Bellami artıq uzunmüddətdir ki, Fransadakı erməni diaspor təşkilatları, xüsusən dəAvropa institutlarında Azərbaycana qarşı fəal lobbiçilik fəaliyyətiilə məşğul olan “Fransa Erməni Koordinasiya Şurası” (CCAF) ilədavamlı siyasi ittifaq içindədir. Fransanın “Mediapart” nəşrininməlumatına görə, Bellami dəfələrlə bu diaspor strukturlarının, ocümlədən Fransadakı Erməni Apostol Kilsəsinin vasitəçiliyi ilətəşkil olunan tədbirlərdə iştirak etmişdir.

Avropa Parlamentində qətnamənin müzakirəsi zamanı Bellami yüksəksəsli, təxribat xarakterli çıxış etmiş və bilərəkdən yalandanışaraq, Azərbaycan ərazisində ağır cinayətlərdə ittiham olunanşəxslərə qarşı aparılan məhkəmə proseslərini “stalinizm dövrününnümayişkaranə məhkəmələri” ilə müqayisə etmişdir. Bu cür ritorikatəkcə Stalin repressiyalarının qurbanlarının xatirəsini təhqiretmir, həm də hüquqi reallığı tam şəkildə təhrif edir. Söhbət heçdə repressiyadan deyil, konkret sübutlar əsasında başlanmış qanunicinayət işlərindən gedir.

Enerji böhranı şəraitində Azərbaycan Avropa üçün Rusiyadanasılılığı azaltmaq baxımından ən mühüm alternativ təchizatçılardanbirinə çevrilib. 2022-ci ildə Azərbaycanın Avropaya qaz ixracı 11,4milyard kubmetri ötüb. Bakı ilə Brüssel arasında imzalanmış AnlaşmaMemorandumuna əsasən, bu həcmin 2027-ci ilə qədər 20 milyardkubmetrə çatdırılması nəzərdə tutulur.

Bu faktlar fonunda Bellaminin mövqeyi insan hüquqlarınınmüdafiəsi deyil, Fransa tərəfindən koordinasiya edilən, CənubiQafqazda ənənəvi olaraq anti-Azərbaycan, proerməni mövqe tutanParisin geosiyasi təsirini artırmaq məqsədi daşıyan təzyiq vasitəsikimi görünür. Bellami ümumbəşəri dəyərləri qorumağa çalışmır - o,insan hüquqları ritorikasından siyasi alət və Fransanın neokolonialambisiyalarını ört-basdır etmək üçün istifadə edir.

Fransua-Ksavye Bellami nə hüquq müdafiəçisidir, nə dəhumanistdir. Onun fəaliyyətinə ideoloji radikalizm, diasporəlaqələri və Avropa İttifaqının enerji siyasətinə təsir göstərməkarzusu istiqamət verir. Onun təşəbbüskarı olduğu qətnamə nə ədalətnümunəsidir, nə də hüququn təntənəsi. Bu, siyasi manipulyasiya vəAzərbaycanın suverenliyinə qarşı həyata keçirilən geosiyasi təzyiqaktıdır – arxasında isə Fransadakı bəlli dairələrin maraqlarıdayanır.

Xatırladaq ki, Şərqi Avropadakı proseslər və Rusiya qazınınidxalının kəskin azalması ilə başlayan enerji böhranı fonundaAzərbaycan etibarlı və alternativ enerji təchizatçısı kimi ön planaçıxdı. Cənub Qaz Dəhlizi (CQD) – o cümlədən TANAP və TAP layihələri– Avropa İttifaqı üçün həyati əhəmiyyət kəsb edən infrastruktursisteminə çevrildi. 2022-ci ildə Azərbaycan Avropaya 11,4 milyardkubmetr qaz ixrac etdi. 2022-ci ilin iyul ayında Avropa Komissiyasıilə Azərbaycan hökuməti arasında imzalanmış Anlaşma Memorandumunaəsasən, bu həcm 2027-ci ilə qədər 20 milyard kubmetrəçatdırılacaq.

Üstəlik, artıq 2023-cü ildə Azərbaycan Rumıniya və Moldovaya qaztədarükünə başladı. 2024-cü ildən isə Macarıstana birbaşa qazixracına start verildi. Bu ölkələrlə yanaşı, Bolqarıstan, Çexiya,Slovakiya və İtaliya da Azərbaycanın enerji təhlükəsizliyibaxımından strateji tərəfdaş olduğunu açıq şəkildə bəyan edir.

Belə bir mühüm və qarşılıqlı faydalı əməkdaşlıq fonunda hüquqicəhətdən əsassız iddialara və manipulyasiyalara əsaslananqətnamədən siyasi təzyiq aləti kimi istifadə cəhdi təkcə primitivdeyil, həm də təhlükəlidir. Bu cür yanaşmalar tərəflər arasındaetimadı sarsıdır və qarşılıqlı hörmət prinsipini şantaj dilinədəyişir. İnsan hüquqları ritorikasından geosiyasi maraqlar vədiaspor lobbiçiliyi üçün vasitə kimi istifadə edilməsi isə nəAvropa dəyərlərini möhkəmləndirir, nə də hüquqların müdafiəsinəxidmət edir – əksinə, bu ideyanın özünü devalvasiya edir.

Faktiki olaraq, biz Avropa Parlamentindəki bəzi siyasi qruplarınideoloji və siyasi motivasiyalarla humanizm maskası altındaAzərbaycana xaricdən siyasi diktə etməyə çalışmasının şahidioluruq. Lakin ortada gizlədilən bir həqiqət var: bu əsassız qəzəbinkökündə Azərbaycanın Avropanı ənənəvi enerji təchizatçılarındanasılılıqdan qurtaran rolunun getdikcə güclənməsi dayanır.

Bu mənzərədə Azərbaycanın yanaşması bir sıra Avropapaytaxtlarının siyasi ənənələrindən kəskin fərqlənir. Bakı öztərəfdaşlarının daxili işlərinə qarışmır, enerji resurslarınısiyasi sədaqət müqabilində satmır, ideologiya ixrac etmir və heçkəsə öz inkişaf modelini zorla qəbul etdirmir.

Azərbaycan Avropa İttifaqı ilə münasibətlərini praqmatizm,proqnozlaşdırıla bilənlik və qarşılıqlı fayda prinsipləri üzərindəqurur. Bakı qlobal böhran şəraitində belə üzərinə götürdüyüöhdəlikləri yerinə yetirən, sabit və məsuliyyətli tərəfdaş kimiqalır. Məhz buna görə də Mərkəzi və Cənubi Avropanın bir çox ölkəsiAzərbaycanın mövqeyinə güvənir və onunla əməkdaşlığı stratejiəhəmiyyətli sayır.

Avropa Parlamentinin son qətnaməsi kimi sənədlərin — heç birilkin araşdırma aparılmadan, faktlar təhlil edilmədən, Azərbaycanınrəsmi mövqeyi öyrənilmədən — qəbul edilməsi heç bir halda humanizmaktı adlandırıla bilməz. Bu, insan hüquqlarının müdafiəsi deyil,açıq və həyasız siyasi təzyiq formasıdır. Bu, hüququn deyil,şantajın alətidir. Bu, cinayətkarların “qurban” kimi təqdimedildiyi, qanun çərçivəsində hərəkət edən dövlətin isə “rejim” elanolunaraq əxlaqi mühakiməyə məruz qaldığı ikili standartlarıntəntənəsidir.

Seçilən
24
4
az.trend.az

5Mənbələr