Yeyənkənd ərazisində 2023-2024-cü illər və 2025-ci ilin mart ayınadək görülən abadlıq, quruculuq və xeyriyyə işlərində fəal iştirak etdiklərinə görə 4 nəfər ərazi sakinləri Rayon İcra Hakimiyyətinin əməkdaşı Nahid Həsənovun iştirakı ilə Yeyənkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təşəkkürnamə ilə təltif olunmuşdur.
Görülən işlər:
1) 1.5 km asfalt örtüyü döşənmişdir. 70.000 manat
2) 5 km gecə işıqlandırılması sistemi quraşdırılıb. 34.000 manat
3) 5 ədəd sərnişin dayanacağı quraşdırılıb. 3.600 manat
4) İçməli su quyusu qazılıb və su çəni qoyulmuşdur. 8.300 manat
5) 2 az təminatlı ailə üçün fərdi yaşayış evi tikilmişdir. 50.000 manat
6) 5 km ara yollara çınqıl döşənmişdir. 12.000 manat
7) Məscid yolunun və kənd arası yolların genişləndirilməsi. 12.000 manat
8) Məişət tullantılarının müvəqqəti saxlanılması üçün qutu alınmışdır. 1.900 manat
9) Az təminatlı ailələrə ərzaq və maddi yardımlar olunmuşdur. 8.000 manat
10) Şəhid bulağı tikilmişdir. 1.500 manat
11) Şəhid barelyefi tikilmişdir. 2.000 manat
12) Ərazinin 2 qəbiristanlığının girişində çardaq və döşəməsi təmir olunmuşdur. 5.000 manat
13) 2 nəfər az təminatlı ailənin evinə qaz xətti çəkilmişdir. 2.400 manat
14) Ərazidə 3 Mərasim evində cari təmir işləri aparılıb, stol, stul və s.işlər görülmüşdür.35.000 manat
Cəmi: 245.700 manat
Sakinlər ərazidə işlərin görülməsi üçün yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədova dərin təşəkkürlərini bildirirlər.