Seul və Vaşinqton “Patriot” raketdən müdafiə batareyalarının müvəqqəti olaraq Cənubi Koreyadan Yaxın Şərqə daşınması planı barədə razılığa gəliblər.
Herbiand.az bildirir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Bildirilib ki, keçən ay müttəfiqlər Amerikanın hava hücumundan müdafiə sistemlərinin “çox aylıq” qismən yerləşdirilməsi barədə razılığa gəliblər.
“ABŞ Silahlı Qüvvələri Koreyada rotasiyalı yerləşdirmənin bir hissəsi olaraq şəxsi heyəti və avadanlıqlarını müvəqqəti olaraq köçürəcək”, - hərbçilərdən biri deyib.
Qeyd olunub ki, ABŞ-ın Cənubi Koreyadakı Silahlı Qüvvələri Koreya yarımadasında istənilən fövqəladə vəziyyətə cavab verməyə hazır olan bacarıqlı və öldürücü qüvvəni saxlamağa davam edəcək.
Bəxtiyar CƏFƏRLİ