AZ

Juninyo "Flamenqo"ya qələbə qazandırdı, matçın ən yaxşısı seçildi - VİDEO

Cənubi Amerikada Libertadores Kubokunun qrup mərhələsinə start verilib.

Sportal.az xəbər verir ki, C qrupunda "Flamenqo" Venesuelada "Deportivo Taçira"nın qonağı olub. Qarşılaşma Braziliya təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Qışda "Qarabağ"dan "Flamenqo"ya transfer olunan Juninyo komandasına qələbə qazandıran qolun müəllifi olub. 56-cı dəqiqədə meydana daxil olan 28 yaşlı forvard bir dəqiqə sonra fərqlənib.

Juninyo qarşılaşmanın ən yaxşı oyunçusu seçilib və xüsusi mükafatla təltif olunub.

saytlarin hazirlanmasi

phrase_var_article.chosen
149
sportal.az

1phrase_var_article.sources