Bakı. Trend:
Kursant hərbi rütbəsi əsgər (matros) hərbi rütbəsinə bərabərtutulacaq.
Trend xəbərverir ki, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik vəkorrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasındamüzakirə olunan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiqedilməsi barədə” Qanunda dəyişiklik edilməsi barədə qanunlayihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, kursant hərbi rütbəsi hərbi qulluqçuhazırlayan xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alanlara(magistratura və adyunktura səviyyələrinin proqramları üzrə təhsilalanlar istisna olmaqla) həmin təhsil müəssisələrinə daxil olduğugündən veriləcək.
Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinədaxil olana qədər kursant hərbi rütbəsindən yuxarı hərbi rütbəalmış hərbi qulluqçuların və hərbi vəzifəlilərin rütbələrisaxlanılacaq və onlar kursantların hüquqlarından istifadə etməkləonların vəzifələrini yerinə yetirəcəklər.
Normativ hüquqi aktlarda nəzərdə tutulmuş hallarda kursant hərbirütbəsində ehtiyata buraxılmış hərbi qulluqçuların ehtiyatda olmamüddətləri əsgər və matroslar üçün müəyyən edilmiş ehtiyatdaolmanın yaş hədlərinə uyğun hesablanacaq.