Bakı. Trend:
Avropa İttifaqı zəruri xammal və materiallar üzrə Mərkəzi Asiyaölkələri ilə birgə Niyyət Bəyannaməsi imzalayacaq.
Trend xəbərverir ki, bu haqda Avropa Komissiyasının sədri Ursula fon derLyayen Səmərqənd səfəri zamanı “Avropa İttifaqı- Mərkəzi Asiya”sammitində etdiyi çıxışda danışıb.
Fon der Lyayen bundan əvvəl Qazaxıstanla və Özbəkistanla zərurimateriallarla bağlı əməkdaşlıq haqqında memorandumlarınimzalandığını xatırladıb.
“Bu gün biz zərur xammal və materiallar üzrə birgə NiyyətBəyannaməsi imzalamaqla, bu əməkdaşlığı yeni səviyyəyə qaldırmışolacağıq. BU bütün region üzrə iri özəl investisiya axınlarınıtəmin edəcək. Bu tərəfdaşlıq həm Avropa, həm də Mərkəzi Asiya üçünfaydalı olacaq, çünki sizin strateji muxtariyyətiniz bizim stratejimaraqlara uyğundur”, - deyə o qeyd edib.
“Sizin ölkələr təbii resurslarla zəngindir. Dünyada olan manqanehtiyatının 40%-i sizin regionda yerləşir, bundan başqa, sizdəkülli miqdarda litium,qrafit və digər mineral ehtiyatları var. Buminerallar gələcəkdə dünya iqtisadiyyatının “qanı” olacaq. Bundanbaşqa onlar qlobal oyunçuları cəlb edirlər”, -deyə fon der Lyayenvurğulayıb.
Onun sözlərinə görə, Avropa təkcə xammal əldə etməyə can atmır,həm də onunla yerli sənayenin inkişafına nail olmağa çalışır.
“Avropa bu məsələyə fərqli yanaşır. Biz sizin yerli sənayenizininkişafında tərəfdaşınız olmaq istəyirik. Əlavə dəyərin bölgədəqalmasını təmin etmək üçün səyləri artırmaq vacibdir”, – deyə oəlavə edib.
Fon der Lyayen Avropa şirkətlərinin artıq regiona aktiv şəkildəsərmayə yatırdığını vurğulayıb. Bunun bariz nümunələrindən birikimi, Özbəkistanda həyata keçirilən Almalıq Dağ-Mədən Kombinatılayihəsini göstərib. Bu layihəyə 1,6 milyard avro sərmayə qoyulub.“Layihə təkcə mis hasilatı üçün deyil, həm də mineralların yerindəemalı üçün nəzərdə tutulub. Bu isə məşğulluq və əlavə dəyəryaradır”, – deyə o bildirib.
Avropa Komissiyasının sədri əmin olduğunu bildirib ki, birgəsəylərlə yerli sənayeni dəyər zəncirinin bütün mərhələlərində —Dağ-mədən sənayesindən sahəsindən tutmuş emal sektoruna qədər —inkişaf etdirmək mümkündür.
“Biz yeni laboratoriyalar aça, işçiləri yerində öyrədə bilərik.Uzunmüddətli və vətəndaşlarımıza, onların övladlarına faydagətirəcək tərəfdaşlıqlar qurmaq istəyirik, bu isə etibarlı gələcəkdeməkdir”, – deyə o vurğulayıb.