AZ

Cey Di Vens: Avropa üçün təhlükə öz daxili problemləridir

Bakı, 4 aprel, AZƏRTAC

Avropanı Rusiya və ya Çin təhdid etmir, onun üçün əsas təhlükə həll edilməmiş daxili problemləridir.

AZƏRTAC xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens NBC telekanalına müsahibəsində deyib. O, daxili problemləri qitənin “mədəni təməlini sarsıdan” miqrasiya siyasəti, rəqabətsiz iqtisadiyyat və təhlükəsizlik məsələləri ilə əlaqələndirib.

“Avropa liderləri bir tərəfdən müasir dünyada əsas təhlükənin Rusiya olduğunu bildirir, eyni zamanda, Moskvadan milyardlarla dollar qaz alırlar, ümumdaxili məhsullarının isə yalnız bir faizini müdafiəyə sərf edirlər. Halbuki biz müdafiə sektoruna ÜDM-in 3-4 faizini xərcləyirik”, - deyə Vens bildirib.

ABŞ-ın vitse-prezidenti, həmçinin Avropada demokratiyanın pozulmasına Paris məhkəməsinin Fransa Milli Assambleyasında təmsil olunan “Milli birlik” fraksiyasının rəhbəri Marin Le Penə qarşı çıxardığı hökmü misal göstərib.

phrase_var_article.chosen
169
50
azertag.az

10phrase_var_article.sources