Benqal körfəzində Rusiya-Hindistan “Indra Navy-2025” təlimlərinin dəniz mərhələsi başa çatıb.
Herbiand.az Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin gəmilərinin ekipajları artilleriya atəşi həyata keçirib.
Üç gün ərzində iki ölkənin dənizçiləri müştərək birləşmələrin tərkibində taktiki manevrlər keçirib, saxta düşmənin pilotsuz təyyarələri və pilotsuz katerləri ilə mübarizədə praktiki vərdişlərini təkmilləşdirib, həmçinin dəniz və hava hədəflərinə artilleriya atəşi həyata keçiriblər.
Bundan əlavə, təlimə helikopterlər də cəlb olunub. Rusiyanın Ka-27M təyyarəsi Hindistanın “Rana” esminesinin üzərinə, Hindistanın “Chetak” helikopterinin ekipajı isə Rusiya korvetinin göyərtəsinə enib.
Rusiya tərəfini təlimlərdə uzun məsafəli missiyaları yerinə yetirən “Rezkiy”, “Rusiya Federasiyasının Qəhrəmanı Aldar Tsıdenjapov” korvetləri və orta dəniz tankeri “Peçenqa” təmsil edib. Hindistandan isə “Rana” esminesi və “Kutar” korveti iştirak edib.
Təlimdən sonra gəmilər dənizdə birgə işlərinin nəticələrini yekunlaşdırmaq və rəsmi bağlanış mərasimini keçirmək üçün Hindistanın Çennai limanına qayıdıblar.
Bəxtiyar CƏFƏRLİ