AZ

Fon der Lyayen: "Aİ Mərkəzi Asiya ölkələri ilə kritik xammalın emalı da daxil olmaqla tərəfdaş olmağa hazırdır"

Avropa İttifaqı (Aİ) Mərkəzi Asiya ölkələri ilə yalnız hasilat sahəsində deyil, həm də kritik xammalın yerli emalı və sənaye potensialının inkişafında tərəfdaş olmağa hazırdır.

“Report”un Səmərqəndə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen “Mərkəzi Asiya - Avropa İttifaqı” sammitində bildirib.

O vurğulayıb ki, Aİ-nin yanaşması digər maraqlı tərəflərdən fərqlənir: “Bəziləri sadəcə xammalın istismarı və çıxarılmasına fokuslanır. Avropa isə fərqli bir yol təklif edir – biz yerli sənayenin inkişafında sizinlə tərəfdaş olmağı hədəfləyirik”.

Fon der Lyayenin sözlərinə görə, region ölkələri dünya üzrə manqan ehtiyatlarının 40 %-nə, həmçinin litium və qrafit kimi digər strateji materiallara malikdir: “Bu resurslar gələcəyin dünya iqtisadiyyatının əsasını təşkil edir və qlobal oyunçuların da marağını cəlb edir”.

Məlumat yenilənir

phrase_var_article.chosen
180
report.az

1phrase_var_article.sources