AZ

Ülvi Mehdiyev: “ASAN xidmət”in timsalında süni intellektin ümumi idarəetməyə faydalı olduğunun şahidiyik

Bakı, 4 aprel, AZƏRTAC

“ASAN xidmət” bu illər ərzində ölkə rəhbərliyinin dəstəyi ilə ən yeni texnologiyaların, innovasiyaların dövlət xidmətləri, dövlət idarəetməsi sahəsində tətbiqi ilə bağlı araşdırmalar aparıb və real rejimdə tətbiq edib. Son illər dataların toplanması, idarə edilməsi və bunlarla bağlı qərar qəbul olunmasında süni intellektin tətbiqi qlobal dünyada aktual mövzudur. “ASAN xidmət” bu sahədə süni intellekti tətbiq edən ilk dövlət təşkilatlarından biridir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN xidmət"in publik data portalının təqdimat mərasimində çıxışı zamanı deyib. Onun sözlərinə görə, sürətli inkişaf onu göstərir ki, hər bir dövlət, hər bir cəmiyyət gələcəyin çağırışlarına cavab verə bilmək üçün indidən bu sahədə öz siyasətini müəyyənləşdirməli və həyata keçirməlidir: “Çox sevindiricidir ki, Azərbaycan süni intellektin tətbiqinə görə öndə gedən ölkələrdən biridir. Hansı ki, qanunvericilik aktları, dövlət siyasətinin özünün baxışı bu sahənin inkişaf etdirilməsi ilə bağlıdır. Həmin sahənin inkişafı onu göstərir ki, dövlət rəhbərliyinin diqqətində və nəzarətindədir. Süni intellekt məhsullarının gələcək qlobal iqtisadiyyatda 2030-cu ilə qədər 15-16 trilyon dollar qatqısı olacaq. "Smart city" reytinqlərinə baxdıqda təkcə 2023-cü ildə ağıllı həllər tətbiq edən şəhərlər enerji istehlakına 25 faiz, nəqliyyatın sıxlığına isə 15 faiz qənaət edib. Gələcək illərdə töhfə daha da artacaq. “ASAN xidmət”in timsalında süni intellekt həllərinin ümumi idarəetməyə necə faydalı olduğunun şahidiyik. Zaman-zaman “ASAN xidmət”in saytında açıq məlumatları statistika formasında göstərirdik. Lakin strukturlaşdırılmış portal formasında ekspertlər, tədqiqatçılar, startapçılar, gənclər, cəmiyyətin bütün təbəqələri rahatlıqla xidmətin açıq məlumatlarından gündəlik fəaliyyətində istifadə edə bilərlər. Hər hansı bir yeni təklif olarsa, bizə çatdırsınlar ki, gələcəkdə portalı daha funksional və istifadəyönümlü edək".

 

phrase_var_article.chosen
199
1
azertag.az

2phrase_var_article.sources