Bakı. Trend:
Böyük Britaniya Avropanın enerji təhlükəsizliyinin təminolunmasında Azərbaycanla birgə işləməyi səbirsizliklə gözləyir.
Trend xəbərverir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri FerqusAuld “X” sosial şəbəkə hesabında paylaşım edib.
“Cənub Qaz Dəhlizi Məşvərət Şurasının XI və Yaşıl EnerjiMəşvərət Şurasının III Nazirlər Görüşü enerji müzakirələri üçünmühüm platformadır. Böyük Britaniya bu çətin zamanda Avropanınenerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın etibarlırolunu qiymətləndirir və birgə işləməyi səbirsizliklə gözləyir”, -deyə paylaşımda qeyd edilib.
Qeyd edək ki, bu gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasıçərçivəsində nazirlərin 11-ci iclası və Yaşıl Enerji MəşvərətŞurası çərçivəsində nazirlərin 3-cü iclası keçirilir.
İclasa Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 7beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti qatılıb. Tədbirdənazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələriştirak edir.
İclasın açılış sessiyasından sonra nazirlər sessiyası, “CənubQaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizinin uğurlu istismarı,inkişafında tərəqqi və növbəti addımlar” və “Yaşıl enerjilayihələri və yaşıl enerji dəhlizləri” üzrə plenar sessiyalarladavam edir.
Həmçinin Məşvərət Şurası çərçivəsində Azərbaycan, Türkiyə,Gürcüstan və Bolqarıstan arasında yaşıl enerjinin ötürülməsi vəticarəti üzrə II Nazirlər Görüşü, Xəzər-Qara Dəniz-Avropa YaşılEnerji Dəhlizi üzrə qeyri-rəsmi Rəhbər Komitə/Nazirlər Görüşü vəAzərbaycan ilə Avropa İttifaqı arasında dənizdə külək enerjisinininkişafı üzrə dəyirmi masa keçirilir.
Tədbir çərçivəsində enerji sahəsində əməkdaşlıq üzrə sənədlərinimzalanması nəzərdə tutulur.
Tədbirin sonunda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsindənazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsindənazirlərin 3-cü iclaslarının yekunlarına dair mətbuat konfransıkeçiriləcək.
Xatırladaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsindənazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarənkeçirilir.