Qış transfer pəncərəsində “Qarabağ”dan Braziliyanın “Flamenqo” klubuna keçən Juninyo komandasına təkbaşına qələbə ilə töhfə verib.
Publika.az xəbər verir ki, o, Libertadores Kubokunun qrup mərhələsinin 1-ci turu çərçivəsində keçirilən Venesuela təmsilçisi “Deportivo Taçira” ilə görüşdə qol vurmaqla buna nail olub. 28 yaşlı hücumçu matçdakı yeganə qolun müəllifi olub.
Eyni zamanda braziliyalı futbolçu qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.
Qeyd edək ki, Juninyonun "Flamenqo"nun heyətində 11-ci oyunda meydana çıxıb və 3 qol vurub.