Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampın Amerika idxalına kütləvi qlobal rüsumlar tətbiq etməsindən sonra aprelin 3-də sənaye liderləri ilə görüşdə Avropa şirkətlərini ABŞ-a planlaşdırılan investisiyaları dayandırmağa çağırıb.
XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı Reuters yayıb.
O bildirib ki, son həftələrdə planlaşdırılan və ya elan edilən investisiyalar vəziyyət aydınlaşana qədər dayandırılmalıdır.
Makronun sözlərinə görə, Trampın tariflərinə cavabın mümkün olacağı hələlik istisna edilmir. O, blokun ticarətini qorumaq üçün Aİ-nin aləti olan anti-məcbur mexanizmindən, həmçinin rəqəmsal xidmətləri və ABŞ-ın iqtisadi maliyyələşdirmə mexanizmlərini hədəf alan cavab tədbirlərindən istifadə etməyi təklif edib.
Makron tarifləri "qəddar və əsassız" adlandırıb və bunun beynəlxalq ticarət üçün şok olduğunu bildirib.
Xəbər 3 dəfə oxunub.