Aprelin 4-nə keçən gecə naməlum pilotsuz təyyarələr Moskva vilayətinə və Rusiyanın Lipetsk şəhərinə hücum edib.
XəzərNews.az xəbər verir ki, bu barədə aprelin 4-də Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko Telegram-da məlumat verib.
Rusiyanın “Shot” Teleqram kanalı məlumat verib ki, Lipetsk sakinlərinin dediyinə görə, 20-yə yaxın partlayışın gurultusu eşidilib.
Məlumata görə, hücum çox güman ki, “Lyutı” tipli kamikadze pilotsuz uçan aparatlar tərəfindən həyata keçirilib.
Lipetsk vilayətinin qubernatoru İqor Artamonov da şəhər üzərində hava hücumundan müdafiə əməliyyatları barədə məlumat verib və itkilərin olmadığını bildirib. O əlavə edib ki, hücum “həqiqətən də kütləvi xarakter daşıyır”.
Xəbər 3 dəfə oxunub.