AZ

Ombudsman Aparatının mətbuat xidməti məlumat yaydı

Ombudsman Aparatının mətbuat xidməti məlumat yaydı. 

Məlumatda bildirilir:

"Hər il 4 aprel tarixində qeyd olunan Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günü minaların və digər partlayıcı qurğuların sülhə, təhlükəsizliyə və insan həyatına ciddi problem yaratdığı ölkələrdə minatəmizləmə potensialının yaradılmasının və inkişafının təşviqinə xidmət edir.

Təəssüf hissi ilə bildiririk ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal dövründə, Vətən müharibəsi zamanı və torpaqlarımızın azad edilməsindən sonra ərazilərimizdə basdırılan minalar günahsız insanların həyat və sağlamlığı üçün ciddi təhlükə olaraq qalmaqdadır. Statistik məlumatlara əsasən, 1991-ci ildən bu günə kimi mina qurbanlarının sayı 3400 nəfərdən çoxdur ki, bunların 359-u uşaq, 38-i qadındır. Bu rəqəmlər regionda ədalətli və dayanıqlı sülhün təmin edilməsi yolunda böyük bir maneə olan mina probleminin fundamental insan hüquqlarının kobudcasına pozulmasına səbəb olduğunu əyani şəkildə təsdiq edir."



Seçilən
36
azia.az

1Mənbələr