AZ

Netanyahu Orbana təşəkkür edib

Netanyahu

İsrailin baş naziri Benyamin Netanyahu, Macarıstanın baş naziri Viktor Orbanın Beynəlxalq Cinayət Məhkəməsi (ICC) ilə əməkdaşlığa son qoyma qərarını yüksək qiymətləndirib. “Ulusum”.az TASS-a istinadən xəbər verir ki, Budapeştdə keçirilən görüşdən sonra mətbuat konfransında çıxış edən Netanyahu, Haaqa məhkəməsini "korrupsioner təşkilat" olaraq qiymətləndirib və Orbanın mövqeyini "cəsarətli və prinsipial" adlandırıb.Netanyahu bildirib ki, ICC-nin yəhudi dövlətinə qarşı qərəzli yanaşması və dünyadakı ən dəhşətli terror qüvvələrinin təhdidləri altında olan ölkələrə qarşı təzyiq göstərməsi, bütün demokratiyalar üçün ciddi təhdiddir. O, Macarıstanın bu qərarını "bütün sivilizasiya üçün vacib" olduğunu vurğulayıb və İsrailin "barbarlığa qarşı mübarizə apardığını" qeyd edib.Netanyahu, Orbanın qərarını həmçinin "korrupsiya və tənəzzüldən qurtulmuş birinci dövlətin addımı" olaraq dəyərləndirib, Macarıstanın bu mövqeyinin yalnız İsraildə deyil, dünyanın bir çox ölkələrində yüksək qiymətləndiriləcəyinə inandığını əlavə edib.

Diqqət Çəkənlər

Hikmət Hacıyevin atası vəfat edib

"Meta" ittiham olunub

Baş nazir: ABŞ Qrenlandiyanı ələ keçirməyəcək

Seçilən
154
ulusum.az

1Mənbələr