22 may 2025-ci il, saat 14:00-da “Azərelektrikşəbəkətikinti” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
Valyuta.az xəbər verir ki, yığıncağın gündəliyində 2024-cü ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına dair idarə heyətinin hesabatı, cəmiyyətin ləğv olunması məsələsi, ləğvetmə komissiyasının (təsviyəçinin) təyin edilməsi və ona müvafiq səlahiyyətlərin verilməsi müzakirə olunacaq.
Yığıncaqda iştirak etmək üçün səhmdarların şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsi mütləqdir. Vəkil edilmiş nümayəndələr notarial təsdiq olunmuş etibarnamə və şəxsiyyət vəsiqəsi ilə iştirak edə bilərlər.
İclas Bakı şəhəri, Nəsimi rayonu, Rövşən Cəfərov küçəsi 17 ünvanında keçiriləcək.
Maya Hüseynova