AZ

TAP boru kəmərinin inşası ilə Yunanıstan Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasında mühüm rol oynamağa başlayıb - Baş katib

Bakı. Trend:

TAP boru kəmərinin inşası ilə Yunanıstan Cənub Qaz Dəhlizilayihəsinin reallaşdırılmasında mühüm rol oynamağa başlayıb.

Trend xəbər verir ki, bunu Yunanıstanın Xariciİşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr üzrə Baş KatibiDimitris Skalkos Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsindənazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsindənazirlərin 3-cü iclaslarında çıxışı zamanı deyib.

O, Cənub Qaz Dəhlizinin ardıcıl olaraq dördüncü ildir ki, uğurluəməliyyatlar həyata keçirdiyini vurğulayıb: "TAP boru kəmərinininşası ilə Yunanıstan Cənub Qaz Dəhlizi layihəsininreallaşdırılmasında mühüm rol oynamağa başlayıb.

Bundan başqa, Yunanıstan-Bolqarıstan qaz interkonnektorununinşası və 3 milyard kubmetrdən 5 milyard kubmetrə artırılmasıehtimalı, "Alexandroupolis" üzən anbar və qazlaşdırma qurğusununistismara başlaması, o cümlədən 2026-cı ilin mart ayında baştutması gözlənilən qaz interkonnektorunun Şimali Makedoniya ilətamamlanması nəticəsində Avropa enerji sisteminin davamlılığınıdaha da gücləndiririk".

Seçilən
157
az.trend.az

1Mənbələr