AZ

Fon der Lyayen: Mərkəzi Asiyada və Avropada qlobal istiləşmə iki dəfə çox sürətlə baş verir

Mərkəzi Asiyada və Avropada qlobal istiləşmə dünyanın qalan hissəsinə nisbətən iki dəfə daha çox sürətlə baş verir.

“Report”un Səmərqəndə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen "Mərkəzi Asiya - Avropa İttifaqı" sammiti çərçivəsində keçirilən Beynəlxalq İqlim Forumunun açılışında bildirib.

"İqlim dəyişikliyi insan fəaliyyətindən qaynaqlanan bir reallıqdır və onunla hamımız mübarizə aparmalıyıq. Mərkəzi Asiyada, Avropada olduğu kimi, istiləşmə dünyanın qalan hissəsinə nisbətən iki dəfə daha sürətlə baş verir. Biz bütün bunların nəticələrini hiss edirik. İldən-ilə buzlaqların əridiyini görürsünüz. Amma quyularda su səviyyəsinin də daha da aşağı düşdüyünü görürsünüz", - o qeyd edib.

Fon der Lyayen vurğulayıb ki, regionun su ehtiyatları rekord səviyyəyə qədər azalıb: “Bu, iqlim dəyişikliyinin sərt reallığıdır”.

Seçilən
104
report.az

1Mənbələr