Rusiya yığmasının keçmiş hücumçusu Andrey Arşavin İspaniya La Liqasının cari mövsümündəki çempionluq mübarizəsindən söhbət açıb.
Arena.az Arşavinin müvafiq qənaətini təqdim edir:
“İspaniya çempionatının qalibi “Barselona” və “Real” mübarizəsində müəyyənləşəcək. Kataloniyada keçiriləcək “el klasiko” böyük əhəmiyyət kəsb edəcək. “Barselona” əla formadadır. “Real” da bu oyuna qoyuluş edəcək. Əgər “Barselona” o oyunu qazansa, çempion olacaq. Əgər “Real” qalib gəlsə, klubun çempionluq imkanı olacaq”, deyə Arşavin İspaniya nəhənglərinin çempionluq şansları barədə danışarkən vurğulayıb.
Xatırladaq ki, İspaniya La Liqasında 2024/2025-ci illər mövsümünün geridə qalmış 29 turundan sonra 66 xala malik “Barselona” vahid liderdir. “Real” isə 63 xalla ikinci pillədə qərarlaşıb. İlk üçlüyü 57 xalı olan Madridin digər təmsilçisi “Atletiko” qapayıb. Lakin göründüyü kimi, Arşavin “Atletiko”nun çempionluq şanslarını yüksək qiymətləndirmir.