Bakı. Trend:
bp direktorlar şurasının sədri Helqe Lund tutduğu vəzifədənistefa verəcəyini elan edib.
Trend xəbər verirki, bu haqda onun mətbuat üçün yaydığı pres-relizdə deyilir.
“Strategiyamızı əsaslı şəkildə yenidən müəyyən etdikdən sonra,bp-nin əsas diqqəti hazırda bu strategiyanı sürətlə həyatakeçirməyə, fəaliyyət nəticələrini yaxşılaşdırmağa və səhmdardəyərini artırmağa yönəlib. İndi mənim varisimi tapmaq və vəzifəninnizamlı və fasiləsiz təhvilini təmin etmək üçün prosesə başlamaqüçün doğru zamandır”, - deyə o bildirib.
Lund keçmiş baş direktor Bernard Luninin rəhbərliyi ilə 2020-ciildə qəbul edilən və bp-nin neft və qazdan uzaqlaşmasına yönəlmiş“yaşıl” strategiyasını dəstəkləmişdi. Bu plan 2030-cu ilə qədərkarbohidrogen istehsalını 40% azaltmağı hədəfləyirdi. Lakin bp-ninsəhmlərinin dəyəri “Shell” və “Exxon” kimi rəqiblərlə müqayisədəzəif nəticə göstərib.
bp direktorlar şurası artıq yeni sədrin seçilməsi üçünnamizədləri nəzərdən keçirməyə başlayıb.
Lund direktorlar şurasından “böyük ehtimalla, 2026-cı ildə”ayrılacağını bildirib.
“Səlahiyyətlərin ötürülməsi dövründə Direktorlar Şurası şirkətinyeni strategiyasının menecment tərəfindən həyata keçirilməsinədiqqət yetirəcək və bu, yeni sədrin rəhbərliyi altında da əsasprioritet olaraq qalacaq”, – deyə mətbuat relizində bildirilir.
Norveçdən olan Lund 2019-cu ildə bp-ə rəhbərlik edirdi.
Qeyd edək ki, ötən il bp səhmləri 20.9% ucuzlaşıb.