AZ

Viktor Orban: “Avropa Trampa nifrət edir”

AzVision.az “Kossuth” radiostansiyasına müsahibəsində belə deyib.

“Qərbi avropalılar hərbi plan hazırladılar. Onlar Ukrayna ordusunu dəstəkləmək üçün əhəmiyyətli xərclərə ümid edirlər və uzunmüddətli müharibəyə hazırlaşırlar”, - Orban bildirib.

Onun fikrincə, Qərbi Avropa liderləri Tramp nifrət edir və onun səyləri uğursuzluqla nəticələnsə bundan məyus olmayacaqlar. Lakin ABŞ prezidenti artıq heyrətamiz uğur qazanıb.

- Onun hərəkətləri nəticəsində bu müharibə daha da biz tərəfə, Qərbi Avropaya yayılmayacaq. Belə bir vəziyyətdə avropalılar müdaxilə etməsələr, ona dəstək versələr daha yaxşı olar”,- Macarıstanın baş naziri vurğulayıb.

Bundan əvvəl Viktor Orban Budapeştin Vaşinqtonla Moskva arasında dialoqu dəstəklədiyini dəfələrlə diqqətə çatdırıb.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
67
1
azvision.az

2Mənbələr