ABŞ Senatının üzvü Mayk Li (R-Utah) Avropa İttifaqının (Aİ) X sosial şəbəkəsini cərimə edəcəyi təqdirdə ABŞ-ın NATO-dan çıxacağını bildirib.
O, bunu X sosial şəbəkəsində yazıb.
Dezinformasiyanın yayılmasına görə cərimələrin nəzərdə tutulduğu barədə xəbərə cavab olaraq deputat deyib: “Aİ bunu etsə, biz NATO-dan çıxacağıq”.
Aİ tənzimləyiciləri amerikalı sahibkar İlon Maskın X sosial şəbəkəsini qeyri-qanuni məzmun və dezinformasiya ilə mübarizə haqqında qanunu pozduğuna görə külli miqdarda cərimələr tətbiq etməyə hazırlaşır.
//Gülnarə Abasova, Editor.az