![]() |
Gölə düşən üzüyü axtarırdı, xəzinə tapdı |
Qeyd edilib ki, cinayətkarlar yaxşı qurulmuş bir sxem üzrə hərəkət ediblər. Onlar kəndləri gəzərək yerli sakinlərə əl ilə çəkilmiş "qədim" xəzinə xəritələrinin satışını təklif ediblər. Kağız süni şəkildə köhnəlmiş görkəmə salınıb və xəritələr qurbanlara yad olmayan real yerləri əks etdirib: "Cinayətkarlar özlərini sadəcə ziyarətçi kimi təqdim edərək, bölgə, xəritədəki ərazi ilə tanış olmadıqlarını bildiriblər. Onlar onsuz da xəritədəki əraziləri tanımadıqları üçün axtarışa çıxmayacaqlarını deyiblər. Bu amili əsas gətirən canilər xəritəni satmağı təklif ediblər. Hətta təklif də olub ki, əgər alıcı razılaşsa və axtarışa başlasa, fırıldaqçılar yenidən onunla əlaqə saxlayacaqlar".
Sonrakı mərhələdə isə cinayətin qurbanları "xəzinə"ni tapdıqlarını bəyan edirlərmiş. Bu, adətən üzəri qızılı su ilə örtülmüş saxta sikkə və s. qədim cəvahirata oxşayan əşyalar olub. Həmin vaxt fırıldaqçılar özlərini keşiş kimi təqdim edən ortaqlarını prosesə cəlb ediblər. O isə videozəng vasitəsilə tapıntının dəyərini “təsdiq edib”. Lakin tapıntıları mədəni dəyərlərinə görə Türkiyədə satmağın mümkün olmadığı qarşı tərəfə izah olunub. Bunun əvəzinə o, xüsusi xidmət üçün əvvəlcədən ödəniş tələb edərək sikkələri xaricdə satışına kömək etməyi təklif edirmiş. Pulları alan cinayətkar dəstə dərhal yoxa çıxırmış.
Tural Tağıyev
AzVision.az