Bakı. Trend:
Birləşmiş Krallıq Azərbaycanın Avropanın enerjitəhlükəsizliyinin təminatında rolunu və mürəkkəb dövrlərdə Avropayaetibarlı enerji təchizatı ilə bağlı töhfəsini yüksəkqiymətləndirir.
Trend xəbər verir ki, bunu Böyük BritaniyanınAzərbaycandakı səfiri Ferqus Auld Cənub Qaz Dəhlizi Məşvərət Şurasıçərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurasıçərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışı zamanı deyib.
O, çıxışında bunları qeyd edib: "Cənub Qaz Dəhlizi MəşvərətŞurası nazirlər görüşünü təşkil etdiyinə görə Azərbaycanatəşəkkürümü bildirmək istəyirəm. Bu görüş enerji təhlükəsizliyisahəsindəki çağırışların həlli və iqtisadi inkişaf imkanlarınınmüzakirəsi üçün mühüm platforma olaraq qalmaqdadır".