ABŞ Senatı müstəqil senator Bernie Sandersin İsrailə təxminən 9 milyard dollarlıq silah satışını ləğv edən qanun layihəsini rədd edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, o, İsrailə təqribən 9 milyard dollarlıq silah satışının ləğvini nəzərdə tutan qanun layihəsi Senatda səsə qoyulub.
Səsvermədən əvvəl danışan Sanders, ABŞ Fələstin xalqının məhv edilməsində ortaq olmağa davam etməməlidir deyib.
Sanders xatırladıb ki, ABŞ ötən il İsrailə 18 milyard dollar hərbi yardım edib və 50 min tondan çox hərbi texnika tədarük edib.