AZ

YAXIN GÜNLƏRDƏ HANSI MÜAVİNƏTLƏR VƏ TƏQAÜDLƏR ARTIRILACAQ? - Siyahı

Prezident İlham Əliyev ötən il dekabrın 23-də imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncamda Nazirlər Kabinetinə sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentinə təqdim etmək tapşırılmışdı. Bu müddət mart ayınıən 23-də başa çatıb.

“AzPolitika”-nın əldə etdiyi məlumata görə, Sərəncamda göstərilən müddətdə Nazirlər Kabineti təklifləri hazırlayaraq ölkə başçısına göndərib. Beləliklə, yaxın zamanlarda Azərbaycanda aşağıdakı müavinətlərin və təqaüdlərin artırlacağı gözlənilir.

Dövlət qulluqçularına ömürlük müavinət

İnzibati və yardımçı dövlət qulluğu vəzifəsində minimum, yəni 15 il dövlət qulluğu stajı olmayan dövlət qulluqçuları pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxdıqda, onların əmək pensiyası almaq hüququ olmadıqda dövlət tərəfindən bu şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq müavinət ödənilir.

Müavinətin məbləği dövlət qulluqçusunun axırıncı əsas vəzifəsi üzrə işdən çıxdığı aydan əvvəlki 12 təqvim ayı üzrə orta aylıq məvacibinin 15 faizini təşkil edir. Müavinət ömürlük təyin olunur,

Yaşa görə müavinət

Əmək pensiyası almayan, rəsmi gəlirləri olmayan, yəni işləməyən 65 yaşına çatmış kişilərə və 64 yaşına çatmış qadınlara sosial yardım göstərilməsi məqsədilə aylıq 220 manat yaşa görə müavinət verilir.

Əlilliyə görə müavinət

Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə - 270 manat;

Orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə - 220 manat;

Orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə - 150 manat verilir.

Ailə başçısını itirməyə görə müavinət

Bu müavinət ailə başçısının itirilməsinə görə ailədə əmək qabiliyyəti olmayan və pensiya almayan şəxslərə sosial yardım göstərilməsi məqsədilə dövlət tərəfindən verilən aylıq pul vəsaitidir. Müavinətin məbləği 120 manatdır və vəfat etmiş ailə başçısının aşağıdakı ailə üzvlərinə müəyyən müddətə təyin edilir:

vəfat etmiş şəxsin 18 yaşına çatanadək uşaqlarına. Uşaq əyani təhsil aldıqda təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla;

vəfat etmiş şəxsin 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına - əlillik müddətinə;

vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və yaşından və əmək qabiliyyətindən asılı olmayaraq işləməyən valideynlərdən, qardaş, bacı, baba və nənələrdən birinə - uşağın 8 yaşınadək.

Müddətli həiqiq hərbi xidmət hərbi qulluqçularının uşaqlarına verilən müavinət

Şəxs müddətli həqiqi hərbi xidmətdə olduqda dövlət tərəfindən onun uşaqlarına sosial yardım göstərilməsi məqsədilə aylıq 120 manat müavinət verilir.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına müavinət

Dövlət tərəfindən əlavə sosial yardım göstərilməsi məqsədilə aylıq 120 manat müavinət verilir.

1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət

Ünvanlı dövlət sosial yardımı alan ailədə 1 yaşınadək uşaq üçün dövlət tərəfindən əlavə dəstək məqsədilə uşağın bir yaşı tamam olan ayın sonunadək aylıq 100 manat məbləğində müavinət verilir.

Beşdən çoxu uşağı olan qadınlara müavinət

Beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə bu hüququn yaranmasına səbəb olmuş uşağı, yəni altıncı uşağı bir yaşına çatdıqda dövlət tərəfindən sosial yardım məqsədilə aylıq hər uşağa görə 105 manat məbləğində müavinət verilir.

Övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət

Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürən şəxsə 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürülən uşaq üçün dövlət tərəfindən sosial yardım göstərilməsi məqsədilə müavinət verilir. Müavinətin məbləği 3-18 yaş arası uşaq üçün 200 manat, 0-18 yaş arası əlilliyi müəyyən edilmiş uşaq üçün 600 manatdır.

Himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə

Müavinətin məbləği:

himayədar ailəyə verilmiş 0–6 yaş arası uşağa görə – 355 manat, 7–13 yaş arası uşağa görə – 375 manat, 14–18 yaş arası uşağa görə – 395 manat;

himayədar ailəyə verilmiş 18 yaşınadək əlilliyi müəyyən edilmiş 0–6 yaş arası uşağa görə – 395 manat, 7–13 yaş arası uşağa görə – 415 manat, 14–18 yaş arası uşağa görə – 435 manat.

Seçilən
153
37
azpolitika.info

10Mənbələr