“Real” ciddi problemlə üzləşib.
Msport.az xəbər verir ki, Tibo Kurtuadan sonra “kral klubu”nun ikinci qapıçısı Andrey Lunin də sıradan çıxıb.
Ukraynalı qolkiperin 4 həftə oynamayacağı gözlənilir.
İddiaya görə, klubun həkimləri Kurtuanı vaxtında tez meydana qaytarmağa çalışırlar. Belçikalının bərpa prosesi yaxşı getsə də, fiziki cəhətdən yaxşı formada deyil.
Kurtua ən yaxşı halda gələn həftə Çempionlar Liqasının 1/4 finalında “Arsenal”a qarşı keçiriləcək oyuna qədər tam hazır olacaq. Bu həftəsonu isə “Valensiya”ya qarşı La Liqa matçında ehtiyat skamyada əyləşəcək.