AZ

"Trabzonspor" "Fənərbaxça" ilə görüşün hakimindən narazıdır

Xəbər verdiyimiz kimi, Mehmet Türkmen Türkiyə Super Liqasının 30-cu həftəsində keçiriləcək "Fənərbaxça" - "Trabzonspor" matçına baş hakim təyin edilib. 

Apasport.az xəbər verir ki, Qara dəniz təmsilçisi bu təyinatdan razı deyil. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb: 

"Bir tərəfdən qatı "Fənərbaxça" azarkeşi, bir tərəfdən də Mourinyo fanatı olan Mehmet Türkmən şüurlu şəkildə bu həftə oynayacağımız matça təyinat alıb. Joze Mourinyo onun haqqında "ən sevdiyim hakim" ifadəsini işlədib. Bu təyinat öncədən düşünülmüş və planlanmış əməliyyatdır. Həftəsonu baş tutacaq qarşılaşma üçün əcnəbi hakim tələb edirdik, amma müraciətimiz cavabsız qalıb. "Trabzonspor" bu ölkənin futbol vicdanıdır. Haqsızlığa və ədalətsizliyə baş əyməyəcəyik".

Qeyd edək ki, aprelin 6-da baş tutacaq "Fənərbağça" - "Trabzonspor" oyunu saat 20:00-da start götürəcək.

"Bavariya" Sane ilə bu şərtlə müqavilə yeniləyəcək

İngiltərə 2035-ci ildə dünya çempionatına ev sahibliyi edəcək

"Atletiko Madrid" Premyer Liqanın ulduz müdafiəçisi ilə danışıqlara başlayıb

"Bavariya" braziliyalı cinah oyunçusu ilə maraqlanır

“Fənərbaxça” Okan Buruk haqqında bəyanat yayıb

Seçilən
42
3
apasport.az

4Mənbələr