AZ

Erdoğan öldürülən 15 yaşlı Ahmetin ailəsi ilə görüşdü

Türkiyə Prezidenti Recep Tayyib Erdoğan bir neçə ay əvvəl İstanbulda vəhşicəsinə qətlə yetirilən 15 yaşlı  Mattia Ahmet Minguzzinin ailəsi ilə bir araya gəlib.
 
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Erdoğan bununla bağlı sosial media hesablarında paylaşım edib.
 
"Bu gün bir neçə ay əvvəl İstanbulda vəhşicəsinə qətlə yetirilən oğlumuz Mattia Ahmet Minguzzinin dəyərli ailəsi ilə bir araya gəldik. Ədliyyə Nazirimizin qatıldığı iclasda Mattia Ahmetin ölümündən sonra baş verən hüquqi prosesi ətraflı müzakirə etdik. Bu ağrını təsvir etmək mümkün deyil. Bir daha Allahdan oğlumuza rəhmət, ailəsinə səbr və mətanət diləyirəm. Ədalətin təmin olunması üçün prosesi yaxından izləməyə davam edəcəyik. Biz bundan sonra da belə faciəvi hadisələrin təkrarlanmaması üçün əzmlə çalışacağıq" deyə dövlət başçısı paylaşımında qeyd edib.
 
Qeyd edək ki, 15 yaşlı A.Minguzzi bu ilin yanvarın 24-ü İstanbulun Kadıköy səmtində öz həmyaşıdı tərəfindən 5 dəfə bıçaqlanaraq qətlə yetirilmişdi. 
 

 

 

Seçilən
35
7news.az

1Mənbələr