Bakı. Trend:
Qəzza bölgəsində martın 18-də hərbi əməliyyatların bərpaolunmasından bəri 1,2 mindən çox fələstinli həlak olub, azı 3 minnəfər yaralanıb.
Trend xəbər verirki, bu barədə Fələstin anklavının səhiyyə nazirliyi məlumatyayıb.
“18 mart 2025-ci il tarixindən bəri Qəzzada 1249 nəfər həlakolub, 3022 nəfər yaralanıb”, - məlumatda qeyd olunur.
2023-cü ildən bəri isə fələstinli itkilərin ümumi sayı artıq 50min nəfəri ötüb (50,609 nəfər). Yaralananların sayı 115,063 olaraqqeyd olunur.
Qeyd edək ki, HƏMAS-ın Qəzzada atəşkəs və əsirlərin mübadiləsihaqda Doha sazişinin ikinci mərhələsi üzrə danışıqlardavasitəçilərin irəli sürdüyü şərtləri rədd etməsindən sonra İsrailbölgədə geniş miqyaslı hərbi əməliyyatlara başlayıb.