Almaniya həbsxanasında məhbus onu ziyarətə gələn arvadını öldürüb.
Publika.az xəbər verir ki, bu barədə alman mediası Stendal Respublika Prokurorluğuna istinadən məlumat yayıb.
Bildirilib ki, 35 yaşlı qadın ərini ziyarət etdikdən sonra həbsxananın görüş otağında ölü tapılıb. Arvadını öldürdüyü iddiası ilə məhbus barəsində araşdırma başladılıb.
Qeyd olunub ki, Maqdeburq yaxınlığında yerləşən Burq həbsxanasında şəxsi otaqlarda keçirilən görüşlər zamanı audio və video müşahidə nəzarəti yoxdur.