AZ

Qəzzada HƏMAS-ın daha bir rəhbər şəxsi öldürülüb

İsrail Ordusunun mətbuat xidmətinin məlumatına görə, hücum əsnasında həmçinin bir sıra terrorçu da zərərsizləşdirilib, HƏMAS-a məxsus raket mərkəzləri və digər infrastruktur sıradan çıxarılıb.

Xatırladaq ki, aprelin 2-də İsrailin müdafiə naziri İsrael Kats orduya Qəzza zolağında hərbi əməliyyatları genişləndirməklə əlaqədar göstəriş verib. Əməliyyatın məqsədi ərazinin HƏMAS terrorçularından və terror infrastrukturundan təmizlənməsidir.
İsrail HƏMAS komandirinin öldüyünü təsdiqləyib

Eyni zamanda, İsrail Hərbi Hava Qüvvələrinin gecə saatlarında Livanın Seyda şəhərində PUA zərbəsi nəticəsində də HƏMAS-ın ali rütbəli komandiri Həsən Fərhat ölüb.

Firudin Həmidli
AzVision.az
Seçilən
101
azvision.az

1Mənbələr