AZ

"Serb Respublikası" rəhbərinin iki ölkəyə girişi qadağan edildi

"Serb Respublikası"nın (Bosniya və Herseqovinanın tərkibindəki qondarma qurum) başçısı Milorad Dodikin və daha iki siyasətçinin Almaniya və Avstriyaya girişi qadağan edilib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Avstriya xarici işlər naziri Beate Maynl-Raytsingerin və Almaniya Xarici İşlər Nazirliyinin Avropa və İqlim məsələləri üzrə dövlət naziri vəzifəsini icra edən Anna Lürmannın bəyanatında deyilir.

Bəyanatda Avstriya və Almaniyanın digər Avropa tərəfdaşları ilə sıx koordinasiyada “Serb Respublikası” qurumuna cavabdeh olan siyasətçilərə qarşı qəti addımlar atacağını və Serbiyanın üç məsul siyasətçisinin gələcəkdə Avstriya və Almaniyaya daxil olmasının qarşısını almaq barədə razılıq əldə olunub.

Seçilən
215
cebheinfo.az

1Mənbələr