Bakı. Trend:
Cənub Qaz Dəhlizi (CQD) Avropanın enerji təhlükəsizliyinin təminolunmasında çox vacib rol oynayır.
Trend xəbərverir ki, bunu Azərbaycanın Energetika naziri Pərviz ŞahbazovBakıda keçirilən “yaşıl” enerji üzrə Məşvərət Şurasının 3-cünazirlər iclasında bildirib.
“Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının nazirlər səviyyəsində11-ci iclası və Yaşıl Enerji üzrə Məşvərət Şurasının 3-cü nazirləriclası enerji təchizatı sahəsində əlaqələndirilmiş fəaliyyətimiz vəstrategiyalarımızın əhəmiyyətli dərəcədə irəlilədiyini göstərir. 23ölkənin, Avropa İttifaqının, 45 enerji şirkətinin və yeddibeynəlxalq maliyyə institutunun iştirakı Məşvərət Şurasının təkcəCQD-lə məhdudlaşmayan artan rolunu nümayiş etdirir – bu gün bu faktdəfələrlə vurğulanıb”, – deyə o bildirib.
11 il əvvəl keçirilmiş ilk CQD Şurası iclasında cəmi 7 ölkəiştirak edirdisə, bu gün bu rəqəm 23-ə çatıb. Bu, yeni layihələr vəbeynəlxalq tərəfdaşlıqlar sayəsində energetika sahəsindəgenişlənmiş əməkdaşlıq üçün əsas olub.
“Biz bir daha CQD-nin Avropanın enerji təhlükəsizliyinin təminolunmasında mühüm rolunu təsdiqlədik. Azərbaycan qazı, keçiddövründə sabitliyin təmin edilməsində, bərpaolunan enerjimənbələrini tamamlayaraq onların qeyri-sabitliyini kompensasiyaetməklə, əvəzsiz rol oynayacaq.
Əhəmiyyətli nəticələrin əldə olunması, eyni zamanda Avropaİttifaqının, o cümlədən müvafiq maliyyə institutlarının və enerjişirkətlərinin davamlı dəstəyindən asılı olacaq”, - deyə nazir qeydedib.