Tanınmış idmançı Kamil Zeynallının fikirləri yenidən müzakirələrə səbəb olub. Şəxsi həyata dair suallara və yaxınlarına həssaslıqla yanaşan məşhurun son zamanlar emosional cavabları onu sevənləri təəccübləndirir.
Yenisabah.az xəbər verir ki, “Tarixin bir günü” verilişində aparıcı Tarix Əliyevin bu sualı idmançını qəzəbləndirib:
“Hamı bilir ki, sevilən ifaçımız Gülay eyni sənin xasiyyətini götürüb. Bir dəfə sakitcə efirə çıxır, qalmaqaldan uzaq olur. Bəs gecə saat 2-3-də Gülaya mötəbər bir insan zəng edib məclisdə oxumağa dəvət edərsə, buna necə baxarsan?”
K.Zeynallının cavabı isə ağır olub:
“Hər kəsin öz ətrafı və tanışları var. Hamı bilir ki, kimi hansı məclisə dəvət etmək lazımdır. Elə bir adam yoxdur ki, gecə 2-də zəng edib Gülayı məclisə dəvət etsin. Gülayda elə adam ola bilməz ki, bunu etsin. Tanıyanlar bilir ki, o uşaq yatızdırır, səhər saat 7-də məktəbə yola salır. Olsa, həmin adamın başı üçün deyil ki, gecə 3də, 2-də zəng vurub Gülayı məclisə dəvət etsin. Onu deyə bilərəm”.
T.Əliyev idmançının bu cavabından sonra böyük təəccüb yaşayıb və K.Zeynallıya bildirib ki, son vaxtlar yaman belə cavablar verirsən.
Aytac Şahin
Telegram kanalımız