Almaniyanın “Taym” klubunun futbolçusu Aleksandr Şvorak Berlində öldürülüb.
İdmanxeber.az-ın məlumatına görə, 17 yaşlı oyunçu öz dostları tərəfindən vəhşicəsinə döyülərək qətlə yetirilib. Bu barədə onun bibisi məlumat verib.
Ukraynalı futbolçunun hansı səbəbdən döyüldü və hadisənin necə baş verdiyi haqda məlumat verilməyib. Məsələ ilə bağlı araşdırma aparılır.