Paris, 4 aprel, AZƏRTAC
“Intermarche” supermarket qrupu 30-a yaxın mağazanı bağlamağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bir il əvvəl “Intermarche” “Casino” qrupundan 294 mağaza alıb. Lakin bu müəssisələrdən 30-a qədəri qısa zamanda bağlanacaq və beləliklə, 680 iş yeri təhlükə altına düşür.
Mağazaların bağlanmasına haqq qazandırmaq üçün “Intermarche” onların kommersiya baxımından yararsız olduğunu və kommersiya siyasətinə uyğun olmadıqlarını göstərir.