AZ

İnsanlığı təmsil edən “Zaman naxışları” – Ənənəvi və müasir elementin VƏHDƏTİ – VİDEOREPORTAJ

Azərbaycanlı rəssam, Rəssamlar İttifaqının üzvü Tahir Şıxəliyevin rəsmlərindən ibarət sərgi baş tutub.  

Bizim.Media xəbər verir ki, sərgidə Şıxəliyevin müxtəlif mövzularda çəkdiyi rəsmlər yer alıb.

“Zaman naxışları” adlanan sərgidə əsərlər onun sənət dünyasında yaratdığı unikal üslub və estetik yanaşmaları ilə diqqət çəkib. Rəssam ənənəvi və müasir elementləri ustalıqla birləşdirərək sənətsevərlər üçün yeni bir baxış ortaya qoyub.

Sərgidə 35 qrafika işinin təqdim edildiyini vurğulayan Şıxəliyev əsasən 1992-ci ildən bu günədək olan əsərləri təqdim edib. 


“Burada həm ağ-qara, həm də rəngli qrafika işləri mövcuddur. Bu dəfə əsas Bakı şəhərinin qədim görüntüsüdür. Filosofik olaraq şəhərin ətrafında görülən olan mövzular qeydə almışam. İstədim bu dəfə qrafika və rəngkarlıqdan ibarət əsərlərimi birgə göstərim”,- deyə o diqqətə çatdırıb. 

T.Şıxəliyev sərgilənən bir neçə rəsmin tarixçəsindən də bəhs edib. O, öz “Ardıcıllıq” əsəri haqqında danışarkən bunları deyib: 

“Hər bir cücənin içində ondan ulu olan əcdadları gizlənir. Onun içində böyüklərin əsarəti var. Özündən əvvəlki nəsillərin aşıladıqları, ötürdüyü fikirləri, genləri, düşüncələri və s. yer alır. O, artıq əcdadlarının gözü ilə baxanda tamamilə başqa formada fikirləşə bilir. Bu rəsm  təkcə cücəni deyil, bütöv insanlığı təmsil edir. Biz dünyaya gələndə 3-4 kq çəkidən ibarət canlı olmuruq. İçimiz doludur”. 


Qeyd edək ki, Tahir Şıxəliyev rəssamlıq üzrə ilk təhsilini Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində alıb, daha sonra isə Tbilisi Dövlət Rəssamlıq Akademiyasına qəbul olaraq təhsilini Gürcüstanda davam etdirib.  


Onun əsərləri Türkiyə, ABŞ, Almaniya, Rusiya, Gürcüstan, Belarus və Rumıniya kimi ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.  
















Ayşən Rəhim, Pərviz Allahverdiyev, Bizim.Media

Seçilən
99
50
bizim.media

10Mənbələr