AZ

Bruno Fernandes - Premyer Liqada mart ayının ən yaxşısı!

“Mançester Yunayted”in portuqal yarımmüdafiəçisi Bruno Fernandes mart ayında İngiltərə Premyer Liqasının ən yaxşı oyunçusu seçilib.

Arena.az bu barədə İngiltərə Premyer Liqasının rəsmi saytına istinadən məlumat verir.

Geridə qalmış mart ayı ərzində Fernandes Premyer Liqada iki qol vurub və iki məhsuldar ötürmə verib. Fernandes “Arsenal”a (1:1) qol vurub, “Lester”lə oyunda (3:0) isə qol və iki məhsuldar ötürmə ilə fərqlənib.

Bu, Bruno Fernandesin futbolçu karyerası ərzində 5-ci müvafiq mükafatıdır. Bu göstəricidə portuqal futbolçu “qırmızı şeytanlar”ın keçmiş ulduzları – ingilis hücumçu Ueyn Runi və niderlandlı hücumçu Robin van Persinin nailiyyətlərini təkrarlayıb.

Premyer Liqanın cari mövsümündə ayın ən yaxşısı seçilmiş futbolçuların siyahısı isə belədir:

Avqust 2024 – Erlinq Haland (“Mançester Siti”)
Sentyabr 2024 – Koul Palmer (“Çelsi”)
Oktyabr 2024 – Kris Vud (“Nottingem Forest”)
Noyabr 2024 – Məhəmməd Salah (“Liverpul”)
Dekabr 2024 – Aleksandr İsak (“Nyukasl”)
Yanvar 2025 – Castin Kluyvert (“Bornmut”)
Fevral 2025 – Məhəmməd Salah (“Liverpul”)

Bruno Fernandes “Mançester Yunayted”ə 2020-ci ilin yanvarında 65 milyon avro məbləğ müqabilində Lissabon “Sportinq”indən keçib. Fernandesin İngiltərə klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Fernandes “qırmzı şeytanlar”ın heyətində 45 oyun keçirib, 16 qol vurub, 16 məhsuldar ötürmə verib.

Fernandesin “Mançester Yunayted” karyerası ümumilikdə 278 oyun, 95 qol və 82 məhsuldar ötürmədən ibarətdir.

Bruno Fernandes 2017-ci ilin noyabr ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 78 oyuna çıxıb. Təcrübəli futbolçu bu oyunlarda 25 qol vurub, 23 məhsuldar ötürmə verib.

Bruno Fernandesin peşəkar karyerasındakı əsas uğurları da məhz “Mançester Yunayted”, “Sportinq” və Portuqaliya yığmaları ilə bağlıdır.

“Transfermarkt” internet-portalı 30 yaşlı portuqal hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

phrase_var_article.chosen
241
3
arena.az

8phrase_var_article.sources