AZ

Dmitriyev: Kreml Qərbdən sanksiyaların ləğvini istəmir

Moskva Vaşinqtondan sanksiyaları ləğv etməyi tələb etmir.

Ölkə.Az xəbər verir ki, bunu Rusiya prezidentinin iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev bildirib.

O bildirib ki, bu, Amerika şirkətlərinin özləri Rusiya bazarına qayıtmaq istəyəndə baş verə bilər.

“Keçən il Rusiyada ÜDM-in artım səviyyəsi Avropa ilə müqayisədə 4% təşkil edib. Amma Avropada cəmi 1% olub”, -Dmitriyev “Fox News”a müsahibəsində bildirib. Onun sözlərinə görə, Rusiyanı tərk edərkən pul itirən daha çox xarici şirkətlər olub. Məsələn, amerikalılar təxminən 300 milyard dollar gəlirdən olublar.

“Rusiya hazırda heç bir ilkin şərt irəli sürmür və sanksiyalar siyasətində konkret yumşalma tələb etmir”, - Dmitriyev vurğulayıb.

Mürtəza
Ölkə.Az

Seçilən
19
olke.az

1Mənbələr